ABŞ-nin yeni səfiri Azərbaycana gəlib

2 Dekabr 2023 23:05

ABŞ-nin yeni təyin olunmuş səfiri Mark Libby Bakıya gəlib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə səfirliyin X hesabında bildirilib.

"Azərbaycana təyin olunmuş səfir Mark Libby - xoş gəlmisiniz! Biz ABŞ-Azərbaycan münasibətlərini inkişaf etdirmək, regionda davamlı və uzunmüddətli sülhə doğru çalışmaq üçün işə başlamağı səbirsizliklə gözləyirik" - deyə Səfirlikdən bildirilib.

Milli.Az