Təbrizə düşmənçilik bu sahədə də özünü göstərir

2 Dekabr 2023 21:32

Təbriz İranın böyük şəhərləri arasında xarici turistlərin ən az səfər etdiyi şəhərlərdən birinə çevrilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Təbriz Universitetinin Coğrafiya və şəhərsalma fakültəsinin müəllimi, turizm üzrə araşdırmaçı Rəhim Heydəri deyib.

Təbrizdə turizmin iflasa uğradığını deyən Heydəri bunu turizm sahəsində lazımi işlərin aparılmaması və Təbrizin turizm imkanlarının tanıtdırılmaması ilə əlaqələndirib:

"Hər cür əhəmiyyətli və unikal turizm imkanlarına malik qədim Təbriz şəhərinin Tehran, Məşhəd, İsfahan və Şiraz şəhərlərindən geri qalması, ölkəyə gələn xarici turistlər üçün gediləsi ən sonuncu yer olması faktı göstərir ki, bu sahədə iş aparılmayıb", - Heydəri bildirib.

Qeyd edək ki, İranın aparıcı turizm şirkətləri, hökumətə bağlı əlaqədar qurumlar kataloq və reklam nəşrlərində Tehran, Şiraz, İsfahan, Məşhəd, Yəzd, Kaşan və başqa şəhərlərdən fərqli olaraq, Təbrizə yer vermirlər.

Milli.Az