İsrail SEPAH-ın iki müşavirini öldürdü

2 Dekabr 2023 20:17

İsrailin raket zərbələri nəticəsində SEPAH-ın iki müşaviri öldürülüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusundan məlumat verilib.

"İslam İnqilabı Keşikçiləri Korpusunun iki hərbi müşaviri Suriyada İsrailin son bombardmanı nəticəsində öldürülüb", - məlumatda vurğulanıb.

Qeyd edək ki, bu gün İsrailin Hərbi Hava Qüvvələri Dəməşqin ətrafına raket zərbələri endirib.

Milli.Az