“Kanal 13”ün aparıcısı həbs edildi - YENİLƏNİB - FOTO

2 Dekabr 2023 18:01

"Kanal 13" internet televiziyasının aparıcısı Rüfət Muradlı həbs edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə məsuliyyətə cəlb edilib.

Xətai Rayon Məhkəməsi R.Muradlı barəsində 30 sutka müddətinə inzibati qayda həbs qərarı çıxarıb.

--------

16:46

"Kanal13"ün aparıcısı Rüfət Muradlı saxlanılıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə onun dostu Bəhruz Bayramov məlumat verib.

Onun hazırda Xətai Rayon Məhkəməsinə aparıldığı deyilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun