Qəzza zolağında qaçqın düşərgəsinə hücum edildi - 100-dən çox ölü var

2 Dekabr 2023 16:48

İsrail ordusu Qəzza şəhərinin kənarındakı Cəbəliyə qaçqın düşərgəsinə hücum edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Fələstinin rəsmi agentliyi WAFA məlumat yayıb.

Hücum nəticəsində 100-dən çox adamın öldüyü bildirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun