"Azərişıq"ın işçisi faciəvi şəkildə öldü - FOTO

2 Dekabr 2023 12:22

Tərtərdə "Azərişıq"ın əməkdaşı bədbəxt hadisənin qurbanı olub.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Bəyimsarov kəndində qeydə alınıb. Famil Kamal oğlu Əliyev elektrik dirəyində iş görərkən dirək aşıb. Yıxılaraq müxtəlif xəsarətlər alan F. Əliyev xəstəxanada ölüb.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun