Samsunda iş yerində işləyən qadın ona hədiyyə verən kişiyə hücum edib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İlkadım rayonunda baş verib. Əldə edilən məlumata görə, iş yerində işləyən qadın əsəbiləşərək ona hədiyyə verən kişiyə hücum edib.
Qadın kişiyə " mən sənə qardaş dedim, necə belə bir şey edə bilərsən, səni rüsvay edim?" deyərək reaksiya verib.
Həmin anlar ətrafdakılar tərəfindən lentə alınıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun