Türk ordusundan ağır zərbə: çox sayda terrorçu...

2 Dekabr 2023 00:06

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında terrorçulara zərbələr endirib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, İraqın şimalında Qara, Metina, Hakurk və Qəndil bölgələrində terrorçulara aid 16 hədəf məhv edilib.

Əməliyyat nəticəsində çox sayda terrorçu zərərsizləşdirilib.

Milli.Az