Ermənistanda omikronun yeni ştammı aşkar edildi

1 Dekabr 2023 21:30

Ermənistanda ilk dəfə olaraq omikronun yeni ştammı aşkar edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Mövcud məlumatlara əsasən, yeni BA.2.86 infeksiyası xəstəxanaya yerləşdirilmələrin artmasına səbəb olmayıb.

Qeyd edək ki, son 7 gündə Ermənistanda 71 koronavirusa yoluxma faktı qeydə alınıb.

Milli.Az