Ən təhlükəli gözəllik proseduru hansıdır? - AÇIQLAMA

2 Dekabr 2023 05:20

Plastik cərrah Maqomed Nalgiyev ən təhlükəli gözəllik prosedurunu açıqlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, iynə rinoplastikası ciddi fəsadlara səbəb ola bilər.

Onun sözlərinə görə, iynə rinoplastikası insult və korluğa səbəb ola bilər:

"İnyeksiya rinoplastikasında xəstənin burnuna qığırdaq toxumasını məhv edən doldurucular, lipolitiklər və bəzi hallarda hormonal dərmanlar vurulur. Prosedur burnun formasını düzəltmək məqsədi daşıyır. Lakin bu təhlükəli sayılır, çünki doldurucu damar yatağına daxil ola bilər ki, bu da ciddi fəsadlara səbəb ola bilər. bu prosedura alternativ olaraq cərrahi rinoplastika seçmək daha yaxşıdır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun