İntim görüntüləri yayılan futbolçu millidən uzaqlaşdırıldı - FOTOlar

1 Dekabr 2023 23:50

İntim videoları yayılan futbolçu millidən uzaqlaşdırılıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçmiş sevgilisi ilə intim münasibətdə olarkən çəkilən görüntüləri ortaya çıxan Cənubi Koreyalı futbolçu Hvanq Ui-jo millidən uzaqlaşdırılıb.

Cənubi Koreyalı futbolçunun 2023-cü il mayın 7-dən etibarən şantaj edildiyi anlaşılıb və hadisə ilə bağlı araşdırma başlayıb.

Hvanq Ui-jo ittihamları rədd edərək, görüntüləri sevgilisinin razılığı ilə çəkdiyini iddia edib.

Lakin qərara əsasən, Hvanq araşdırmalar bitənə qədər Cənubi Koreya millisinin formasını geyinə bilməyəcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun