Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 33 % artdı

1 Dekabr 2023 15:59

Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 10 milyard 615,9 milyon ABŞ dolları təşkil edib.

Milli.Az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, bu, noyabrın 1-i ilə müqayisədə 1 % çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 18 %, son 1 ildə isə 33,2 % artıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun