“Müharibədə yeni mərhələ başlayıb” - Zelenski

1 Dekabr 2023 23:07

"Rusiya ilə müharibədə yeni mərhələ başlayıb".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu "Associated Press"ə açıqlamasında Ukrayna Prezidenti Volodimir Zelenski deyib. 

Onun sözlərinə görə, qış Ukrayna Silahlı Qüvvələrinin yaydakı əks-hücumundan sonra hərbi əməliyyatları çətinləşdirəcək.

Zelenski qeyd edib ki, daimi silah və qüvvə çatışmazlığından əks-hücum arzuolunan nəticələri verməyib. O, həmçinin nəticələrdən razı qalmadığını əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun