Məktəblini ayaqyoluna aparıb başına oyun açdılar - FOTOlar

2 Dekabr 2023 07:10

Aksarayda orta məktəbdə yuxarı sinif şagirdləri 10-cu sinif şagirdini döyüb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aksaraydakı elm liseyində iki şagird 10-cu sinif şagirdi M.S.A.-nı tualetə bağlayaraq rəqs etməsini istəyib.

M.S.A. rəqs etməkdən imtina etdikdə yuxarı sinif şagirdləri onu döyüblər. M.S.A. və atası Məsud A. 2 şagird və məktəb direktoru haqqında şikayət edib.

Məktəb rəhbərliyi hadisə ilə bağlı araşdırmalara başlayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun