Ukraynaya yardım büdcəmiz tükənir... - Pentaqon

1 Dekabr 2023 09:21

ABŞ ilkin təsdiqlənmiş hərbi büdcəsinin bir hissəsi kimi Ukraynaya silah tədarükünü davam etdirir, lakin bu vəsait artıq tükənməkdədir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Pentaqon sözçüsü Sabrina Sinq bildirib.

"Biz Ukraynaya əlimizdən gələn və mövcud prezident büdcəsindən qalan vəsaitlə yardım etməyə davam edirik. Vəsaitlərimiz tükənmək üzrədir", - o bildirib.

Sinq əlavə edib ki, Amerika hakimiyyəti Konqresin yaxın həftələrdə Prezident Baydenin Ukraynaya əlavə yardım tələbini qəbul edəcəyinə ümid edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun