Bakıda güclü yanğın: Əraziyə texnikalar cəlb olundu

1 Dekabr 2023 07:09

Bakının Yasamal rayonunda boş ərazidə taxta tullantıları yanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) şəxsi heyəti cəlb olunub. Küləkli hava şəraiti alovla mübarizəni çətinləşdirsə də, alovun yaşayış zonalarına keçməsinin qarşısını almağa çalışıb. Hadisə yerinə 5 texnika cəlb olunub.

Qısa zamanda Yasamal rayonunda baş verən yanın lokallaşdırlıb. Hazırda yanğının tam söndürülməsi üçün işlər davam edir.

Qeyd edək ki, ərazi vaxtilə Azərsunun anbarı olub.

Milli.Az