Azərbaycanın bu rayonunda ciddi problem: sakinlər qorxu içində - VİDEO

1 Dekabr 2023 07:20

Ucar rayonunda çirkab suları yaşayış evlərinin həyətlərinə dolur.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, rayonun Mirzə İbrahimov küçəsində məişət və kanalizasiya suları küçəyə axıdılır.

Sakinlər bildiriblər ki, yaranmış antisanitar vəziyyətdən övladlarımız xəstəlik tutublar.

Yeni çəkilən kanalizasiya xətlərinin inşası isə, 10 ildir ki tamamlanmayıb.

Problem isə həmin küçəni yox, bütün rayonu əhatə edir.

Milli.Az