“2023-cü il bəşər tarixində ən isti il ​​olacaq” - Quterreş

30 Noyabr 2023 23:54

"2023-cü il bəşər tarixində ən isti il ​​olacaq".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri BMT-nin Baş katibi Antonio Quterreş BMT-nin 2023-cü il İqlim Dəyişikliyi Konfransında çıxışı zamanı bildirib.

"İlin sonuna düz bir ay qalıb, məlumatlar artıq göstərir ki, 2023-cü il bəşər tarixində qeydə alınan ən isti il olacaq. Bugünkü Qlobal İqlimin Vəziyyəti hesabatı göstərir ki, bizim böyük problemimiz var", - deyə Quterreş qeyd edib.

Milli.Az