Günün qoroskopu

20 May 2010 07:00
Göylərin mənzərəsi

20 may cümə axşamı, 7-ci Ay günü, Günəş - Buğada, Ay - Şirdə, Merkuri - Buğada, Venera - Əkizlərdə, Mars - Şirdə, Yupiter - Balıqlarda, Saturn - Qızda, Uran - Balıqlarda, Neptun - Dolçada, Pluton - Oğlaqda.

Münəccim öncəgörümləri

Qoç -  Bu gün sizin üçün xoş günlərdən biridir. Özünüzü güclü hiss edəcəksiniz. Müdiriyyətlə ünsiyyətdə ehtiyatlı olmağınız məsləhətdir.

Buğa -  Səhhətinizə qarşı diqqətli olun. Sizi əsəbiləşdirə biləcək vəziyyətlə tez-tez rastlaşacaqsınız. Nə qədər soyuqqanlı olsanız, uğurlarınız çoxalar. Biznes planlarını həyata keçirmək üçün şəraitdən istifadə edin.

Əkizlər -  İşləriniz alınacaq. Yaxın əhatənizin köməyi ilə həll olunmamış problemlərinizi yoluna qoya biləcəksiniz. Özünüzü  güclü hiss edəcəksiniz.

Xərçəng - Fikrinizi dağıdıb mübahisələrə baş qoşsanız, işləriniz alınmayacaq. Mane olan qüvvələr sizdən daha güclüdür.  

Şir  - Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Rəqibləriniz müəyyən mənada sizin tərəfkeşinizə  çevriləcək.

Qız -  İşləriniz alınmır. Əsəbilərinizi çox gərməyin. Buraxdığınız səhvləri təhlil edib, qüsurlarınızı bilin. Maddi vəziyyətinizi yaxşılaşdırmaq imkanlarınız hələ tükənməyib.

Tərəzi -  Yaxın yoldaşlarınız sizə çətin hesab etdiyiniz problemləri həll etməkdə yardımçı olacaq. Özünüzü güclü hiss edəcəksiniz.

Əqrəb -  Çətin gündür. Hər tərəfdən çoxsaylı problemlərlə üzləşəcəksiniz. Səhhətinizə qarşı diqqətli olmağınız məsləhətdir.

Oxatan - Vəziyyətinizdən şikayət etməyə ixtiyarınız yoxdur. İşləriniz alınacaq. Sevgi münasibətlərindəki mehribanlıq sizi riqqətə gətirəcək.   

Oğlaq - Səhhətinizə qarşı diqqətli olun. Mübahisələrə baş qoşmayın. Öhdənizə düşən işləri vaxtında görüb qurtarmaqdan maliyyə vəziyyətinizin yaxşılaşması çox asılıdır.

Dolça - Gücünüz çoxdur. Zəka potensialınızdan istifadə etməklə öhdənizə düşən işləri vaxtında yüksək keyfiyyətlə görəcəksiniz.

Balıqlar - Səhhətinizə qarşı diqqətli olun. Mübahisələrə baş qoşmayın. Maliyyə vəziyyətinizi yaxşılaşdırmaq şanslarınız qalmaqdadır.  

Milli.Az