İsrail bu ölkədəki səfirini geri çağırdı

30 Noyabr 2023 18:47

İsrail İspaniyanın Baş naziri Pedro Sançesin Qəzza zolağı ilə bağlı açıqlamalarına görə öz səfirini Madriddən geri çağırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda İsrailin xarici işlər naziri Eli Koen "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Mən İsrailin İspaniyadakı səfirinə zəng etdim və ona məsləhətləşmələr üçün Qüdsə qayıtmasını dedim", - diplomat bildirib.

Koenin sözlərinə görə, Sançes İsrailə qarşı "əsassız" ittihamları təkrarlamaqda davam edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun