Gəncədə qəza oldu, xəsarət alan var - FOTO

30 Noyabr 2023 18:27

Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, şəhərin Şah İsmayıl Xətai prospektində hərəkətdə olan "Lada Priora" markalı avtomobillə "VAZ" markalı maşın toqquşub.

Qəza nəticəsində 1 nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun