Azərbaycanda transformatordan toyuq yumurtaları götürən qadını cərəyan vurdu

30 Noyabr 2023 16:51

Noyabrın 29-da Füzuli rayon sakini, 1969-cu il təvəllüdlü Zibeydə Mirzəyeva evinin həyətyanı sahəsində yerləşən transformatorun izolyasiya məntəqəsindən toyuq yumurtalarını götürərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Milli.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun