Parlamentin komitə sədrlərinə yeni avtomobillər verildi - FOTO

30 Noyabr 2023 16:25

Milli Məclisin komitə sədrlərinin istifadəsinə yeni xidməti avtomobillər verilib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bir müddətdir, komitə sədrləri "Mercedes E 300" markalı avtomobillərdən istifadə edirlər.

Hazırda parlamentin 15 komitəsi var.

Qeyd edək ki, Milli Məclisin noyabrın 15-də keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında" qərar layihəsinin müzakirəsində parlamentin İşlər müdiri Firudin Hacıyev bildirib ki, qanunverici orqanın builki xərclər smetasında nəzərdə tutulan vəsaitlər hesabına avtoparkın maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə avtomobillər alınıb və avtopark yenilənib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun