"Mən "Real"da oynamaq üçün doğulmuşam"

1 Dekabr 2023 05:47

"Real Madrid"in 20 yaşlı ulduzu Cud Bellingem yeni açıqlama ilə gündəmə gəlib.

Milli.Az fanat.az-a xəbər verir ki, İngiltərə millisinin üzvü "Prime Video" telekanalına danışıb:

"Mən "Real"da oynamaq üçün doğulmuşam? Bəli, mən də belə düşünürəm. Məsuliyyət, təzyiq, hamısı xoşuma gəlir. Komanda yoldaşlarım mənə çox kömək edirlər".

Bu yay Dortmund "Borussiya"sından 103 milyon avro qarşılığında transfer edilən Cud "Kral klubu"nun forması ilə bütün turnirlərdə 16 oyuna çıxıb. Bu qarşılaşmalarda 15 qol vuran orta xətt oyunçusu 4 məhsuldar ötürmə ilə də yadda qalıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun