“Gənc istedadların “Qızıl kitab”ı və xüsusi təqaüdü haqqında Əsasnamə” təsdiqləndi

30 Noyabr 2023 15:11

Prezident İlham Əliyev "Gənc istedadların "Qızıl kitab"ı və xüsusi təqaüdü haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, "Gənc istedadların "Qızıl kitab"ı və xüsusi təqaüdü haqqında Əsasnamə" təsdiq edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

Əsasnamə ilə linkdə tanış ola bilərsiniz.

Milli.Az