2024-cü ildə dəbdə olacaq ayaqqabı növləri

1 Dekabr 2023 09:04

Dünyanın ən məşhur ayaqqabılarının adı açıqlanıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, şəffaf, tor materiallı ayaqqabılar dəbdə olacaq.

Bu formalı ayaqqabıları əsasən "Loewe", "The Row", "Bottega Veneta", "Chanel" və "Stella McCartney" kimi brendlər istehsal edir.

Bu məhsul növü məşhurlar tərəfindən də populyarlaşdırılıb. Tanınmış simalar daha çox fransız brendi "Alaia" brendinin ayaqqabılarından istifadə edir ki, onun da qiyməti 850 dollardır. Həmin məşhurların arasında aktrisa Cennifer Lourens və model Sofiya Riçi var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun