Xəstəxanaya gedən qadın həyatının şokunu yaşadı - FOTO

30 Noyabr 2023 23:20

Antalyada 2 il əvvəl uşaq dünyaya gətirən qadın davamlı ağrıları səbəbindən getdiyi xəstəxanada qarnında bez parçasının unudulduğunu öyrənib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, çəkdiyi ağrıdan uşağını belə yedirə bilmədiyini bildirən qadın xəstəxananı və həkimi məhkəməyə verməyə hazırlaşır.

Y.S.-nin keysəriyyə əməliyyatı zamanı qarnında qalan təxminən 30 santimetr uzunluğunda cuna əməliyyatla çıxarılıb.

Y.S xəstəxana və həkim barəsində məhkəmə prosesinin başlanması üçün vəkilə müraciət edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun