Əgər xörəyin içindəki ətin halal olmadığını biliriksə...

1 Dekabr 2023 07:00

İslam inancına görə yeməklər halal və haram olmaqla iki qismə bölünür. Ən mühüm fərqliliklərdən biri ət məhsulları ilə bağlıdır. Müsəlman yalnız ətinin yeyilməsinə şəriətdə icazə verilən heyvanların ətindən qida kimi istifadə edə bilər. Üstəlik, bu heyvanlar da şəriətdə göstərilən şəkildə kəsilməli və ya ovlanmalıdır. Əks halda həmin heyvanın ətindən, piyindən, südündən hazırlanmış qidalar murdar sayılacaq. Şəriətə görə murdarlığın ötürülmə yolu da nəmliklə mümkündür. Yəni murdar əşya ilə yanındakı əşya arasında nəm (rütubətli) halda toxunma baş verərsə, murdarlıq həmin əşyaya ötürülər və o da murdar olar. Xörəkdə nəmliyin olması mütləqdir. Əgər xörəkdəki ət halal deyilsə, onun rütubəti həm toxunma, həm də buxar şəklində bütün xörəyə keçir. Buna görə də içindəki ət halal olmayan xörəyin tamamı murdar sayılır və yemək üçün yararsızdır.

Milli.Az