"Google" bu ölkəyə hər il 74 milyon ödəyəcək

30 Noyabr 2023 14:57

"Google" Kanadaya hər il 74 milyon dollar ödəyəcək.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Kanada hökuməti, "Onlayn Xəbərlər Aktı" çərçivəsində "Google" ilə razılaşma əldə edilib.

Kanada hökuməti ilə "Google" arasındakı razılaşmaya əsasən, şirkət Kanadanın xəbər təşkilatlarına və şirkətlərinə hər il təxminən 74 milyon dollar töhfə verəcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun