Ağır yol qəzası 9 nəfərin canını aldı

30 Noyabr 2023 10:13

Dominikan Respublikasının cənubunda yük maşınının sərnişin avtobusu ilə toqquşması nəticəsində ən azı 9 nəfər həlak olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə yerli "Hoy" qəzeti məlumat yayıb.

Hadisə San-Kristobal əyalətinin Ayna bələdiyyəsində baş verib. Azı 17 nəfərin yaralandığı qeyd edilir.

Onlara yaxınlıqdakı xəstəxanalarda tibbi yardım göstərilir. Zərərçəkənlər arasında iki azyaşlı da var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun