4 uşaq atası Serxio Ramos arvadından ayrılır

30 Noyabr 2023 21:55

"Sevilya"nın müdafiəçisi Serxio Ramos və həyat yoldaşı Pilar Rubio arasında münasibətlər pozulmağa yaxındır.

Milli.Az lent.az-a istinadla bildirir ki, "El Desmarque" cütlüyün yaxın adamlarına istinadən xəbər verir. Cütlük 11 ildir ki, münasibətdədir. Onlar 2019-cu ildə evlənib və dörd övladı var.

"El Desmarque" Ramos və Rubioya yaxın insanların dediklərindən sitat gətirir: "Ailənin dağılması bir neçə günün məsələsidir".

Bir neçə gün əvvəl cütlükdə böhranla bağlı şayiələr yayılıb və bu, indi ictimaiyyətdə təsdiqlənir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun