Türkiyədə 2023-cü ilin ən çox dinlənilən müğənniləri - FOTO

1 Dekabr 2023 05:32

Türkiyədə 2023-cü ilin ən çox dinlənilən ifaçısı bəlli olub.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, siyahıya görə, ən çox dinlənilən mahnı Simgenin "Aşkın Olayım", ən çox dinlənən sənətçi isə Semicenk olub.

Müğənnilər Reynmen və Semicenkin dueti "Yana Yana" ikinci yerdə, Semicenk və Doğu Swagın "Pişman Değilim"i isə beşinci yerdə qərarlaşıb.

Siyahıda UZI, Sezen Aksu, Motive, Lvbel C5, BLOK 3, Çakal, Mabel Matiz, Emir Can İğrek və Ezhel kimi müğənnilər də var. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun