"Qarabağ" Norveçdə həlledici oyuna çıxır

30 Noyabr 2023 13:13

"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək. 

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Norveçdə "Molde"nin qonağı olacaq. 

Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Görüşü Erik Lambrextsin başçılıq etdiyi belçikalı hakimlər briqadası idatə edəcək.

6 xala malik komandalar H qrupunda 2-3-cü yerləri bölüşdürürlər. Azərbaycan çempionu qələbə qazanacağı təqdirdə Avropa Liqasının pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirəcək.

Qrupun digər matçında Almaniyanın "Bayer 04" klubu İsveçdə "Hakken"in qonağı olacaq. Bu oyun da eyni saatda başlayacaq.

UEFA Avropa Liqası

Qrup mərhələsi, V tur

00:00. "Molde" (Norveç) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Erik Lambrexts (Belçika).

Norveç. Molde stadionu. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun