Binanın damına ildırım düşdü - Yanğın oldu - VİDEO- FOTO

30 Noyabr 2023 20:11

İstanbulun Kadıköy səmtində 14 mərtəbəli tərk edilmiş binanın damına ildırım düşməsi yanğına səbəb olub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kadıköy səmtində tərk edilmiş binanın damına düşən ildırım qorxu və panikaya səbəb olub.

Tezliklə alov bütün damı bürüyüb. Xəbər verildikdən sonra hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib.

Əraziyə gələn yanğınsöndürənlər yanğına müdaxilə edib. Ətrafdakılar bu anı mobil telefon kameraları ilə lentə alıblar.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun