Polşa Almaniyaya gedən Yamal-Avropa təbii qaz xəttini bağladı. Ukrayna da sistemlərdən birini dayandırdı. Avropadan, xüsusilə Almaniyadan silah, müavinət, sosial yardım və aylıq xərclər üçün maliyyə yardımı alırlar (Ukrayna vətəndaşları - red.). Lakin ehtiyac duyduqları rus qazı kəsildi. Almanlar bunu həzm edir, çünki nələri yoxdur? Müstəqillikləri yoxdur.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
Kreml rəhbəri əlavə edib ki, Qərb ölkələri administrativ manipulyasiya ilə rəqabət problemini həll etmək istəyir.
Milli.Az