"Sumqayıt"ın ayağı sınan futbolçusundan yeni xəbər

29 Noyabr 2023 23:37

"Sumqayıt" klubunun futbolçusu Kristian Velinovski sabah əməliyyat olunacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, onun Azərbaycan Kubokunun II təsnifat mərhələsində keçirilən "Lerik" - "Sumqayıt" oyununun 23-cü dəqiqəsində ayağı sınıb.

Xəstəxanaya yerləşdirilən yarımmüdafiəçinin hansı müddətə yaşıl meydanlardan kənarda qalacağı əməliyyatdan sonra dəqiq bilinəcək.

Qeyd edək ki, "Lerik" - "Sumqayıt" görüşü ikincilərin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli.Az