Avropa İttifaqına üzv ölkələrin dövlət idarələri işçilərin iş yerində hicab kimi dini inancları simvolizə edən əşyalar taxmasını qadağan edə bilər.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Ədalət Məhkəməsi açıqlama verib.
Qeyd edək ki, Aİ-nin ali məhkəməsi 2021-ci il iyulun 15-də qərar verib ki, şirkətlər müəyyən şərtlərlə işçilərinə hicab taxmağı qadağan edə bilər.
Milli.Az