Ramil Şeydayev döyüldü - VİDEO

29 Noyabr 2023 21:21

Azərbaycan yığmasının və Tailandın "Buriram Yunayted" klubunun vingeri Ramil Şeydayev zorakılığa məruz qalıb.

Milli.Az Offsideplus.az-a istinadən bildirir ki, hadisə Asiya Çempionlar Liqasında "Zeyianq"la keçirilən matçdan sonra baş verib.

Belə ki, "Buriram Yunayted" bu kluba 2:3 hesabıyla uduzduqdan sonra hər iki klubun futbolçuları "bir-birinə giriblər".

Şeydayev də mübahisənin mərkəzində olub və zərbələrə məruz qalıb.

Milli.Az