Bakının iki rayonunda su kəsiləcək

29 Noyabr 2023 19:46

Bakının iki rayonunda su kəsiləcək.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

Bildirilib ki, Səməd Vurğun küçəsindən keçən magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar 29 noyabr saat 22:00-dan 30 noyabr saat 08:00-a qədər Nəsimi və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun