Bakı-Sumqayıt yolunda avtobus zolağı çəkilir - FOTO

29 Noyabr 2023 18:44

Bakı-Sumqayıt yolunda avtobus zolağı çəkilir.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkili ilə bağlı tədbirlər davam etdirilir.

"Sumqayıt şəhərindən Bakı şəhəri istiqamətində təşkil edilmiş avtobus zolağının effektivliyi nəzərə alınaraq, eyni zamanda, görülən işlərin davamı olaraq əks istiqamətdə də xüsusi hərəkət zolağının təşkili həyata keçirilir.

Həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları quraşdırılır", - məlumatda deyilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun