Filarmoniyada “Opera Art” Dinarə Əliyevanın IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsert keçirilib - VİDEO - FOTO

29 Noyabr 2023 18:30

М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Opera Art" Dinarə Əliyevanın IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi rus bəstəkarı Sergey Rahmaninovun 150 illiyinə həsr olunmuş konsert keçirilib.

Konsertdə Azərbaycan Respublikasının Xalq artisti Dinarə Əliyeva (soprano) Lyubov Venjikin (piano, Rusiya) müşayiəti ilə musiqiseverlərə öz ifasını təqdim edib.

Proqramda N.Rimski-Korsakov, P.İ.Çaykovski və S.Rahmaninovun əsərləri səslənib.