Toyda yığılan pulu sayıb qurtarmaq olmadı - 6 saata... - FOTOlar

29 Noyabr 2023 19:20

Vanda 10 min insanın qatıldığı toyda bəyə 10 milyon lirə, gəlinə isə kilolarla qızıl verilib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Vanın məşhur ailələrindən olan Bayram ailəsinin böyük izdihamlı toyunda onlarla insan yığılan pulu 6 saat ərzində saya bilib.

Toy mərasiminə Türkiyənin müxtəlif vilayətləri ilə yanaşı, Amerika, Almaniya, Fransa, Hollandiya, İran, İraq və Suriyadan da insanlar qatılıb.

220 baş xırdabuynuzlu mal-qaranın kəsildiyi toya tayfa başçıları, bələdiyyə sədrləri, siyasi partiya nümayəndələri və iş adamları daxil olmaqla 10 minə yaxın adam qatılıb.

Fidan
Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun