Ajda Pekkan "Kızılcık şerbeti"ndə rol alacaq

29 Noyabr 2023 17:43

"Kızılcık şerbeti" serialının heyətində dəyişiklik ediləcək.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ekran işində müğənni Ajda Pekkan da rol alacaq.

İfaçı ekran işində elə özünü canlandıracaq. O, dekabrın 29-da, 45-ci bölümdə izləyicilərin qarşısına çıxacaq. 

Xatırladaq ki, bir müddət əvvəl Pekkan açıqlamasında sözügedən serialı bəyəndiyini bildirmişdi.

Qeyd edək ki, ekran işinin baş rollarını Doğukan Güngörlə Sıla Türkoğlu canlandırır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun