Bakıda maşın sürməyi necə öyrənmək olar?

23 May 2012 11:25
Milli.Az-ın məlumatına görə, bunu Day.Az saytına sürücülük məktəblərindən birinin təlimatçısı Fərman Namazov bildirib. Birinci tip məktəblərdə şablonun (yol hərəkəti qaydaları və nişanları) və maşını idarə etməyin öyrədilməsinə görə dərslərin qiymətləri ayrıdır. Bu məktəblərdə "B" kateqoriyalı sürücülük vəsiqəsi almaq üçün məktəbə ayda 20 manat ödəmək lazımdır. Amma bu, yalnız yol nişanlarının öyrədilməsi üçündür. "B" və "C" kateqoriyalı vəsiqə almaq üçün isə şablonun öyrədilməsi aylıq 45 manata başa gəlir.

Avtomobilin idarə edilməsi daha baha öyrədilir. Avtomat ötürücü qutuya malik avtomobillə 1 dərs 20, mexaniki ötürücü qutuya malik maşınla isə 15 manatdır. Bir nəfərin maşın sürməyi mənimsəməsi üçün ən azı 10-20 dərsə getməsi vacibdir. Bu zaman öz maşınınızdan istifadə etsəniz belə, dərsin qiyməti dəyişmir.

İkinci tip məktəblərdə aylıq 350-500 manat ödəməklə həm şablonu, həm də sürücülüyü öyrənmək olar. Bu məktəblərdə bilikləri qavramağınıza kifayət edəcək dərs sayından asılı olmayaraq, məbləğ tam ödənilməlidir.

Milli.Az