Vüsal qol vurdu, komandası liderliyə yüksəldi

29 Noyabr 2023 09:22

Albaniya çempionatında 14-cü turun oyunları keçirilir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatiya" "Laçi"nin qonağı olub. Oyun "Eqnatiya"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Vüsal İsgəndərli də bu görüdə iştirak edib. O, 71-ci dəqiqədə meydana daxil olub və sonadək oynayıb. Komandasının 2-ci qolunu da 79-cu dəqiqədə məhz Vüsal vurub.

Bu qələbədən sonra xallarının sayını 30-a çatdıran "Eqnatia" turnir cədvəlində liderliyə yüksəlib.

"Laçi" - "Eqnatiya" - 0:2

Qollar: Edison Ndreka, 48, Vüsal İsgəndərli, 79

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun