Yaxınlarımızın qəbirlərini ziyarət etmək böyük arzumdur - Laçın sakini

29 Noyabr 2023 09:14

Həyat yoldaşımın, valideynlərimin, yaxınlarımın qəbirlərini ziyarət etmək böyük arzumdur.

Bunu Trend-ə açıqlamasında Laçın sakini Alyarova Hürnisə deyib.

Onun sözlərinə görə, yaxınlarının qəbrini ziyarət etmək böyük ziyarətdir.

"Allah Prezidentimizi qorusun, qazilərimizə can-sağlığı versin, şəhidlərimizə rəhmət eləsin. Şəhid analarının qarşısında baş əyirik ki, belə övladlar dünyaya gətiriblər. Onların canı-qanı bahasına biz indi doğma yurdumuza qayıdırıq", - deyə o bildirib.

Qeyd edək ki, bu gün Laçın şəhərinə 17 ailə - 63 nəfər yola salınıb. Bununla da Laçın şəhərində 363 ailə, yəni 1389 nəfərin daimi məskunlaşması təmin edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun