Fələstin İsraillə atəşkəsi uzatmağa hazırdır

29 Noyabr 2023 09:00

"Fələstin tərəfi Qəzza zolağında İsraillə atəşkəsi uzatmağa hazırdır".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu HƏMAS Siyasi Bürosunun üzvü Qazi Həməd bildirib.

Onun sözlərinə görə, Fələstin hərtərəfli və ya qismən saziş bağlamağa razıdır:

"Əgər hərtərəfli razılıq əldə olunarsa, israilli hərbi əsirlər həbsdə olan fələstinli əsirlərlə dəyişdiriləcək. Əgər qismən razılıq əldə olunarsa, bu, yalnız mülki şəxslərə təsir edəcək".

Milli.Az