Döyüş maşınları toqquşdu, 12 əsgər yaralandı

29 Noyabr 2023 08:45

Bad Salzungendəki poliqonda təlim zamanı iki Marder piyada döyüş maşınının toqquşması nəticəsində 12 Almaniya əsgəri yaralanıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə "Bild" nəşri 37-ci motoatıcı briqadanın mətbuat katibi, kapitan Renzo di Leoya istinadən məlumat yayıb.

Qeyd olunur ki, toqquşma məhdud görünmə şəraitində baş verib.

Milli.Az