Şaxtada FACİƏ: ölənlər var

29 Noyabr 2023 07:15

Polşanın Yavorzno şəhərində mədəndə su borusunun qırılması nəticəsində yaranmış fövqəladə vəziyyət şaxtaçıların ölümünə səbəb olub.

Milli.Az lent.az-a istinadən bildirir ki, Polşanın "Sobieski" mədənində su ilə dolu boru partlaması zamanı 6 nəfər təxminən yarım kilometr dərinlikdə yerin altında olub.
Mədənçilərin işlədiyi sahəni su basıb. Qəza nəticəsində 4 nəfər ölüb, daha bir nəfər xəsarət alıb.

Faciəvi hadisənin baş vermə şəraiti aydınlaşdırılır.

Milli.Az