Suriyanın şimalında PKK terrorçuları "Fərat Qalxanı" əməliyyatı zonasına atəş açıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Mudafiə Nazirliyindən bildirilib.
Məlumata əsasən, "Fərat Qalxanı" əməliyyat bölgəsində terrorçuların hədəflərinə zərbələr endirilib.
İlkin məlumatlara görə, azı 2 terrorçu zərərsizləşdirilib.